Rövnəq Abdullayev: “Qarabağ” qolu birinci hissədə vursaydı...
04.08.2011 - 22:33
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının “Qarabağ” – “Brügge” matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, assosiasiya başçısı Ağdam təmsilçisinin oyunundan razı qaldığını bildirib: “Birinci hissədə daha sürətli oyun getdi. Amma fasilədən sonra oyunun sürəti aşağı düşdü. “Qarabağ” qolu birinci hissədə vursaydı, bəlkə də nəticə ayrı cür olardı. Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi”.
0
0