AFFA prezidenti ölkə çempionatına qiymət verdi
04.08.2011 - 23:00
AFFA prezidenti ölkə çempionatına qiymət verdi
AFFA prezidenti Rövnəq Abdullayev sabah startı veriləcək ölkə çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Abdullayev bildirib ki, Premyer Liqanın səviyyəsi ilbəil inkişaf edir.

Onun fikrincə, Azərbaycan çempionatında yaxşı və təmiz oyunlar gedir. O, azarkeşlərin 20-ci ölkə çempionatında daha gözəl oyunlar və daha gərgin mübarizə gözlədiyini vurğulayıb: “Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir və çalışıb daha da yüksəltmək lazımdır”.