Yans Vanstinkiste: Nəticə etibarilə faciə yaşamadıq
05.08.2011 - 10:42
“Öz oyunumdan razı qaldım. Meydançada verilən tapşırıqları yerinə yetirmək üçün əlimdən gələni etdim. Bu oyunu mənim üçün avrokuboklarda yaxşı debüt hesab etmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünən “Qarabağ”la oyundan sonra “Brügge” futbolçusu Yans Vanstinkiste deyib.
İlk dəqiqələrdən “Qarabağ”ın təzyiqi ilə üzləşdiklərini söyləyən belçikalı matçın sonlarında qapı qarşısında daha ciddi təhlükələr yaşadıqlarını etiraf edib: “Görüşün ilk dəqiqələrindən təzyiqlə üzləşdik. Hətta qapımızdan top da buraxa bilərdik. Nəticə etibarilə faciə yaşamadıq. Ancaq son 10 dəqiqədə qapımız qarşısında təhlükəli qol vəziyyətləri yarandı. Əgər rəqib əlinə düşən imkanlardan yararlansaydı, işimiz çox çətin olacaqdı”.

0
0