“Neftçi”nin qənimi qrupa doğru
05.08.2011 - 14:15
Çempionlar Liqasının (ÇL) son təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında saat 15:00-da başlayan mərasimdə həm çempionlar, həm də qeyri-çempionlar arasında cütlər müəyyənləşib.
“Neftçi”ni turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”sunun yenə irəliləyərək, qrup mərhələsinə düşmək şansı çoxdur. Hər halda, “Malmö” İsveçin adlı-sanlı klublarından olsa da, əvvəli gücündə deyil.
Qeyri-çempionların püşkündə “Asenal” – “Udineze” görüşünü bu mərhələnin ən maraqlı cütü saymaq olar. London klubu favorit olsa da, ötən mövsüm İtaliya çempionatının bürünc medalçısını da hesabdan silmək olmaz.
“Rubin” isə ardıcıl 3-cü il ÇL-in qrupunda oynamaq üçün bu turnirdə böyük təcrübəyə malik Fransa “Lion”unu sıradan çıxarmalıdır.
“Visla” (Krakov, Polşa) - APEOL (Kipr)
“Makkabi” (Hayfa) - “Genk” (Belçika)
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Malmö” (İsveç)
“Kopenpagen” (Danimarka) - “Viktoriya” (Çexiya)
BATE (Belarus) - “Şturm” (Avstriya)
“Odense” (Danimarka) - “Vilyarreal” (İspaniya)
“Tvente” (Hollandiya) - “Benfika” (Portuqaliya)
“Arsenal” (İngiltərə) - “Udineze” (İtaliya)
“Bavariya” (Almaniya) - “Sürix” (İsveçrə)
“Lion” (Fransa) - “Rubin” (Rusiya)
İlk oyunlar avqustun 16-da və 17-də, cavab görüşləri 1 həftə sonra keçiriləcək.

0
0