Elxan Məmmədov milli komandamızın məşqçiləri ilə görüşdü
05.08.2011 - 13:19
Elxan Məmmədov milli komandamızın məşqçiləri ilə görüşdü
Bu gün AFFA-nın Futbol Akademiyasında yığma komandaların məşqçilərinin görüşü keçirilib. Apasport.az saytının xəbərinə görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək ölkəmizdə futbolun inkişafı üçün assosiasiyanın nəzərdə tutduğu 3 əsas prioritetin – kütləvilik, infrastruktur və təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərin nəticəsi barədə ətraflı məlumat verib.

O, AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı sayəsində 2008-ci ildən başlayaraq bu istiqamətdə görülən müvafiq işlər mütəmadi surətdə davam etdirildiyini qeyd edib. Hər 3 prioritet üzrə qazanılan uğurlara konkret faktlarla toxunan Məmmədov belə bir fikir mübadiləsinin aparılmasını təqdirəlayiq hal hesab edib.

Milli komandamızın baş məşqçisi Berti Foqts və AFFA-nın texniki direktoru, U-21 yığma komandasının baş məşqçisi Bernard Lippert milli komandalar üzrə vahid təlim-məşq sistemi barədə fikirlərini bildiriblər. Müzakirə şəraitində keçən görüşdə geniş fikir mübadiləsi aparılıb.

Mənbə: affa.az