Vaqif Cavadov Moskvaya gedir
05.08.2011 - 14:34
Bu gün Rusiya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Nijni-Novqorodun “Volqa” klubu avqustun 21-də Moskva “Spartak”ı ilə səfərdə oynayacaq.
Bu mərhələdə qalib bir oyunla müəyyənləşdiyini nəzərə alsaq, Cavadovun komandasına güclü rəqibinə onun meydanında qalib gəlmək daha çətin olacaq.
Qeyd edək ki, Cavadov bu ay yeni komandasında rəsmən debüt edəcək. O, “Spartak”la Premyer Liqada görüşü zamanı “Volqa”nın sıralarında olsa da, yeni futbolçular avqustda oynaya bildiyindən, kənarda qalmışdı.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0