“Qarabağ” seçimini etdi
05.08.2011 - 15:32
“Qarabağ” növbəti futbol mövsümündə ev oyunlarını keçirəcəyi məkanı müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, komanda Həm Premyer Liqa, həm də ölkə kubokunda rəqiblərini Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək. Klub rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Bununla da “Qarabağ” vaxtilə ev oyunlarını keçirdiyi bu arenaya qayıtmağı qərara alıb və PFL-də püşkün keçirilməsinə lüzum qalmayıb. Çünki ağdamlıların hansı rəqiblərini Ağdamda, hansılarını isə ehtiyat meydança kimi sifariş etdiyi Suraxanı qəsəbə stadionunda qəbul edəcəyi püşklə müəyyənləşə bilərdi. “Qarabağ” yalnız hava şəraiti ilə əlaqədar istisna hallarda ev oyununu Suraxanıda keçirəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0