“Simurq” Junivan Suareslə müqavilə bağladı
05.08.2011 - 16:19
Braziliyalı futbolçu Junivan Suaresin karyerasını “Simurq”da davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi 33 yaşlı hücumçu ilə müqavilə bağlayıb.
Bir müddətdir “Simurq”un hazırlığında iştirak edən Suares yeni baş məşqçi Sergey Yuranın etimadını qazana bilib.
Qeyd edək ki, Junivan ölkəmizdə 2 müxtəlif vaxtda “Turan”, habelə “Olimpik” və “Gəncə”nin şərəfini qoruyub və ötən mövsüm bitəndə gəncəlilərlə yollarını ayırıb.
Bombardirlik keyfiyyətlərini nümayiş etdirən legionerin çempionatımızda yeganə mükafatı 2008-ci ildə “Olimpik”in heyətində çempionatımızın gümüş medal qazanması olub.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0