“Neftçi”yə keçdi, milli komandamızdan ayrılır
05.08.2011 - 16:50
“Neftçi”nin yeni məşqçisi Tərlan Əhmədov milli komandadakı fəaliyyətini başa vurur. Apasport.az saytının məlumatına görə, 40 yaşlı keçmiş müdafiəçi bu ildən çalışdığı 19 yaşlılardan ibarət yığma komandamızdan (U-19) ayrılır.
Həmin yığmada baş məşqçi Vəli Qasımovun köməkçisi olan Əhmədov bu həftə “ağ-qaralar”a məşqçi təyin olundu. O, Böyükağa Hacıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
Gənc mütəxəssis eyni zamanda 2 yerdə çalışmağı yox, bütün vaxtını “Neftçi”yə sərf etmək istəyir. O, son qərarını verəndən sonra məsələ rəsmiləşəcək. Məşqçilik karyerasını yalnız “Neftçi”yə bağlamaq istəyən Əhmədov uzun illər milli komandamızın kapitanı olub.
Əhmədov 2 il öncə futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayaraq, “Xəzər Lənkəran”ın çalışdırıcısı Ağasəlim Mircavadovun köməkçisi oldu. Ancaq keçən il mövsüm bitəndən sonra Lənkəran klubundan gedən Tərlanı bir müddət sonra AFFA rəhbərliyi U-19-a məşqçi təyin etdi.
Qeyd edək ki, Tərlan 10 ildən sonra qayıtdığı “Neftçi”də aparıcı futbolçu, hətta kapitan olub.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0