AZAL hələ belə yüksəkdən “uçmamışdı”
08.08.2011 - 12:59
AZAL hələ belə yüksəkdən “uçmamışdı”
AZAL klubu Azərbaycan çempionatları tarixinin startında ən yaxşı nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” 2005-ci ildən çıxış etdikləri güclülər dəstəsində ilk dəfə debütdə böyük hesabla qalib gəliblər.

Bu, Zaqatalada “Simurq”la səfər oyununda reallaşdı. Elxan Abdullayev AZAL-ın baş məşqçisi postunda rəsmi debütünü 3:0-lıq səfər qələbəsi ilə qeyd etdi.

Maraqlıdır ki, bu komanda ötən mövsümün ilk turunda da səfər qələbəsini 3 qol vurmaqla qazanmışdı. Özü də maraqlıdır ki, həmin oyun da avqustun 7-də keçirilib və AZAL ardıcıl 2-ci mövsümdür çempionata bu tarixdə başlayır. Ancaq fərq ondadır ki, “təyyarəçilər” “Bakı” ilə həmin görüşdə 2 top buraxdığından, böyük yox, minimal hesablı qələbə əldə etmişdi.

Ümumiyyətlə, bakılılar Premyer Liqada çıxış etdikləri 7 mövsümün 3-də ilk turda qalib, 3-də uduzub, 1-də heç-heçə edib. İndiyədək “Olimpik” və “Olimpik-Şüvəlan” adı ilə çıxış edən komanda milli çempionatda debütündə uduzduğunu nəzər alsaq, son illərə kimi start arzuolunmaz olurdu.

Bakılıların tarixində səfərdə böyük hesabla nadir hallarda qalib gəlib. Bunun ən sonuncusu 2 il öncə MOİK-lə səfər oyununda olub. 2008/09 mövsümünün XV turunda mayın 11-də həmşəhərlilərinə 6:1 darmadağın edən “təyyarəçilər”in bu, tarixində ən böyük hesablı qələbəsidir.

AZAL-ın çempionatımızın ilk turlarında oyunları

2005/06 mövsümü
12 avqust


“Olimpik” – “Xəzər Lənkəran” – 0:2
Bakı. “Şəfa” stadionu
Baş məşqçi: Stepan Çordaş (Xorvatiya)

2006/07 mövsümü
5 avqust


“Bakı” – “Olimpik” – 1:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Əsgər Abdullayev

2007/08 mövsümü
9 sentyabr


“Olimpik” – ABN (Bərdə) – 1:0
Bakı. “Şəfa” stadionu
Baş məşqçi: Əsgər Abdullayev

2008/09 mövsümü
10 avqust


“Olimpik” – “İnter” – 1:1
Bakı. “Şəfa” stadionu
Baş məşqçi: Əsgər Abdullayev

2009/10 mövsümü
16 avqust


“Olimpik-Şüvəlan” – “Neftçi” – 0:1
Bakı. “Şəfa” stadionu
Baş məşqçi: Əsgər Abdullayev

2010/11 mövsümü
7 avqust


“Bakı” – AZAL – 2:3
Bakı. “Şəfa” stadionu
Baş məşqçi: Nazim Süleymanov

2011/12 mövsümü
7 avqust


“Simurq” – AZAL – 0:3
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Baş məşqçi: Elxan Abdullayev

Mehman SÜLEYMANOV