Con Toşak: Biz Azərbaycanda baş verənləri izləyəcəyik
08.08.2011 - 13:34
“Makedoniya milli komandasının məni seçməsindən çox xoşam. Federasiyanın rəhbərliyində əla insanlar yer alıb. Onlar açıq insanlardır və belə şəxslərlə çalışmaq məndə birgə səylərimizlə beynəlxalq səviyyədə uğur qazanacağımıza ümid verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Makedoniya yığmasının yeni baş məşqçisi Con Toşak deyib.
Tanınmış uelsli mütəxəssis öz yığmasının çalışdırıcısı kimi görüşdüyü Azərbaycan milli komandası ilə yoldaşlıq oyunundan öncə yeni təyinat alsa da, bu dəfə Bakıya gəlməyəcək. Ancaq istənilən halda, Toşak avqustun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya oyununu diqqətdə saxlayacaq: “Biz Azərbaycanda baş verənləri izləyəcəyik. Bununla yanaşı, artıq bizdə olan informasiyaları və Avro-2012-in seçmə mərhələsində bir neçə oyunun şərhini nəzərdən keçirəcəyik. Bununla da komandanın potensialı haqda son mənzərəni əldə edəcəyik”.
Qeyd edək ki, Makedoniyanı millimizlə oyuna baş məşqçi vəzifəsini müvəqqəti icra edən Boban Babunski çıxaracaq.

0
0