“Xoşdur ki, mənim qolum komandaya qələbə gətirdi”
08.08.2011 - 13:48
“Xoşdur ki, mənim qolum komandaya qələbə gətirdi”
“Xoşdur ki, çempionata qələbə ilə başlamaq mümkün oldu. Daha da xoşdur ki, mənim qolum komandaya qələbə gətirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in hücumçusu Elnur Abdulov deyib.

“Turan”la oyunda komandasının yeganə qoluna imza ataraq, üç xal qazandıran gənc futbolçu matçın çətin keçdiyini bildirib: “Rəqib bizə var qüvvəsilə müqavimət göstərdi. Onların meydançanın hər güşəsində mübarizə aparan yaxşı komandaları var. Buna görə də, bizim üçün asan olmadı”.

Baş məşqçi Kaxaber Sxadadzeyə təşəkkür edən Samir qarşıdakı oyunlarda da əsas heyətdə oynamaq arzusundadır: “Mənə inanaraq, öz oyunumu göstərmək üçün şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirirəm. Qarşıdakı matçlarda da daha yaxşı oynayaraq, komandaya fayda vermək istəyirəm”.