“Qəbələ”nin “transfer bombası” - “Qara Mamba”!
08.08.2011 - 14:22
Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirən “Qəbələ” supertransfer reallaşdırır. Apasport.az saytının məlumatına görə, avrokuboklara çıxmağa iddialı komanda son illər Serbiyanın “Partizan” klubunun ən yaxşı hücumçusu olan Lamine Diarranı keçidini həll etməklə, “transfer bombası”nı partlatmağa hazırlaşır.
Serbiyanın ən sürətli futbolçusu sayılan 27 yaşlı seneqallı xüsusi texnikası və qol duyumu ilə seçilir. Təsadüfi deyil ki, afrikalı legioner sürəti və hücumları ilə Serbiyada “Qara Mamba” və “Mamba Di” təxəllüslərinə layiq görülüb.
Diarra Avropada keçirdiyi 159 oyunda 77 qola imza atıb ki, bu da orta hesabla 2 oyuna təxminən 1 qol deməkdir. Görünür, onun məhz bu cəhəti “Qəbələ”nin baş məşqçisi Toni Adamsın diqqətini cəlb edib və ingilis çalışdırıcı Diarranın alınmasına göstəriş verib.
Elə Premyer Liqamızın ilk turunda keçirilən “Qəbələ” – “Bakı” oyunu Adamsın məhsuldar, qol duyumu güclü olan hücumçuya ehtiyacı olduğunu göstərdi.
Karyerasına vətənində başlayan Lamine 2005-ci ildə Bosniya və Herseqovinanın “Jrinski” klubuna keçib. Çempionatın 20 oyununda 12 qola imza atmağa müvəffəq olan debütant dərhal daha sanballı klubların diqqətini cəlb edir. Portuqaliya “Beyra-Mar”ının icarəyə götürdüyü “Mamba Di” 2007/08 mövsümünü Balkanda ən öndə gedən komandalarından sayılan “Partizan”ın heyətində başlayır və debüt mövsümündəcə müxtəlif yarışlarda 37 oyuna 20 qol vurur.
Diarra 2008/09 mövsümündə Serbiya çempionatında vurduğu 19 qolla bombardir adını qazanır. Yeri gəlmişkən, hücumçu məhz bu mövsümün əvvəlində Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakı “İnter”inə də qənim kəsilərək, komandasını növbəti mərhələyə daşımışdı.
Sonrakı mövsümü də “Partizan”da keçirən Diarra qitənin ən nəhənglərinin diqqət mərkəzinə düşsə də, serblərin yüksək transfer tələb etməsi üzündən sonda etiraz edərək, icarə əsasında Səudiyyə Ərəbistanın “Əl Şabab” klubuna keçib. Serbiya təmsilçisi bu anlaşmadan təxminən 1,5 milyon dollar qazanc əldə edir. Lamine isə bəxtsizliklə üzləşərək, 2010-cu ilin oktyabrında zədələnir və mövsümün qalan hissəsini boşa verir.
Bununla belə, Diarra hazırda “Partizan”ın heyətinə dönüb və tam gücü ilə növbəti mövsümə hazırlaşır. Serbiya çempionunun 2012-ci ilin yayında müddəti bitən müqaviləni uzatmaq təklifindən imtina edən seneqallının mövsümə daha bir hücumçu transfer etmək fikrində olan “Qəbələ”nin heyətində başlayacağını gözlənilir.

0
0