“Mən bu qolu buraxmalı deyildim”
08.08.2011 - 14:37
“Mən bu qolu buraxmalı deyildim”
Almaniya çempionatının I turu çərçivəsində Münhenqladbaxın "Borussiya" klubunu qəbul edən "Bavariya" doğma azarkeşləri önündə məğlub olub. Apasport.az saytının məlumatına görə, münhenlilərin qapıçısı Manuel Noyer oyundan sonra verdiyi açıqlamada məğlubiyyətdə əsasən özünü günahlandırıb: "Buraxılan qolda mənim səhvim var idi. Doğrudur, top mənim üçün rahat deyildi. Bununla belə, mən bu qolu buraxmalı deyildim. Lakin ruhdan düşmək lazım deyil. Hələ qarşıda 33 oyun var. İnanıram ki, növbəti oyunlarda daha etibarlı çıxış edərək komandamı zirvələrə daşıyacağam".