“Zəhərlənmişdim, qızdırmadan yanırdım” - MÜSAHİBƏ
09.08.2011 - 10:18
“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın I turunda səfərdə “Qəbələ” ilə qarşılaşdınız. Komandanın kapitanı kimi həmin görüşü necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, “Bakı” çempionata yüksək səviyyədə hazırlaşıb. Biz Sloveniya hazırlığı çərçivəsində güclü rəqiblərlə yoxlama görüşündə qüvvəmizi sınamışdıq. Əlbəttə ki, Qəbələ səfərinə qələbə qazanmaq məqsədi ilə yollanmışdıq. Amma çempionatın ilk turunda bunu həyata keçirmək çətin olur. Adım bu görüşün iştirak ərizəsinə salınmasa da, meydançada olanlarla eyni həyəcanı keçirirdim. Fikrimcə, “Bakı”nın uğurlu oyunları hələ qarşıdadır.
- Yoxlama görüşlərinin əksəriyyətində oynasanız da, ilk turda meydançaya çıxmadınız. Adınızın iştirak ərizəsinə salınmamağına səbəb nə idi?
- Bu, hazırlıqla bağlı məsələ deyil. Yəni görüşə yüksək səviyyədə hazırlaşmışdım. İnanırdım ki, ilk turda meydançaya çıxıb komandamın oyununa töhfəmi verəcəyəm. Təəssüf ki, oyundan bir gün öncə yeməyimi qarışdırdım. Bu, zəhərlənməyə və yüksək temperatura səbəb oldu. Nəticədə meydançaya çıxa bilmədim. Oyundan öncə qızdırmadan yanırdım. Oyunun gedişində tam yaxşılaşmasam da, matçı canlı izləməyə davam etdim.
- “Bakı” “Qəbələ” ilə görüşdə heç özünə bənzəmədi. Belə ki, komandanızda uyğunlaşma ilə bağlı problem açıq-aşkar nəzərə çarpırdı. Sizcə, toplanışdan və yoxlama oyunlarından sonra bu normal haldırmı?
- Fikrimcə, bu ilk turun yaratdığı fəsadlardır. Çempionatın ilk turu istənilən komanda üçün çətin keçir. Bildiyiniz kimi, mövsümlərarası fasilədə heyətə yeni futbolçular cəlb olunublar. Əlbəttə ki, onların taktikaya və komandaya uyğunlaşması üçün zaman lazımdır. Bizim böyük potensialımız var və növbəti oyunlarda nəyə qadir olduğumuzu hamı görəcək. Fikrimcə, biz normal futbolçular transfer etmişik. Onların çoxu yoxlama oyunlarında iştirak etsə də, hələ kollektivə uyğunlaşmayıblar.
- Bəlkə, “Qəbələ” sizə öz taktikanızı diktə etdirmək imkanı vermədi...
- Bildiyiniz kimi, biz güclü infrastrukturumuz var. Burada məşq etmək və qonaq qəbul etmək üçün hər cür imkana malikik. Sevindim ki, “Qəbələ” rəhbərliyi də komanda üçün əla şərait yaradıb. Bu səbəbdən onları təbrik edirəm. Fikrimcə, “Qəbələ” üçün də bizə qarşı oynamaq olduqca çətin idi. Əlbəttə ki, onlar doğma meydançada oynadığından qələbə qazanıb azarkeşlərinə sevinc bəxş etməyə çalışırdılar. Biz isə səfərdən üç xalla qayıtmaq niyyətində idik. Hər iki komanda eyni sonluq üçün çalışdığından meydançada əsl idman mübarizəsi gedirdi.
- Qarşıda sizi evdə “Simurq”la oyun gözləyir. Start turunda öz meydançasında AZAL-a böyük hesabla uduzan Zaqatala klubunun psixoloji gərginlikdə olması yəqin ki, sizin işinizə yarayacaq...
- Zaqatala klubuna təcrübəli Sergey Yuran başçılıq edir. Yəqin ki, rusiyalı baş məşqçi qısa zaman kəsiyində vəziyyətdən çıxış yolu tapacaq. Bir də rəqibi müzakirə etmək mənim işim deyil. Biz sözümüzü öz oyunumuzla meydançada deyəcəyik. Rəqibə zəif gözü ilə baxmırıq. Bizim üçün hər oyun eyni əhəmiyyətə malikdir. Əlbəttə ki, doğma meydançada qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur. Çünki çempionatda əsas rəqiblərimiz “Xəzər Lənkəran”, AZAL, “İnter” ilk turu üç xalla tamamlayıblar. Onlarla aradakı xal fərqini öldürmək üçün mütləq meydançanı qalib tərk etməliyik.
- Səhhətiniz bu oyunda mübarizə aparmağa imkan verəcək?
- Görüş həftənin bazar günü baş tutacaq. Zənnimcə, hələ vaxtım var və daha da gümrahlaşa bilərəm. Vəziyyətim indi də pis deyil. Həmin görüşdə meydançaya çıxıb-çıxmamağım məndən yox, baş məşqçi Aleksandr Starkovdan asılı məsələdir. Əgər şans versə, çıxıb canla başla mübarizə aparmağa hazıram. Əsas məsələ kimin oynaması deyil, “Bakı”nın qələbə qazanmasıdır. Bu komandanın bütün üzvlərinin devizidir.
- Sonda “Bakı”nın cari mövsüm üçün hədəflərini bilmək istərdik. Komanda hansı məqsədlər uğrunda mübarizə aparacaq?
- “Bakı” yarandığı gündən bu yana yüksək yerlər uğrunda mübarizə aparıb. Biz iki dəfə ölkə çempionu olmaqla yanaşı, həm də kuboku qazanmışıq. Klubun böyük məqsədi və arzuları var. Həmişəki kimi yenə çempionluq və kuboku qazanmaq barədə düşünürük. Avrokuboklara vəsiqə qazanıb orada Azərbaycanın adını və idman şərəfini layiqincə təmsil etmək arzusundayıq. Fikrimcə, “Bakı” rəhbərliyi bu sevincə layiq, güclü kollektiv isə bu sevinci onlara bəxş etməyə qadirdir.

0
0