“Bu, Azərbaycan futbolunun başlıca problemidir”
10.08.2011 - 23:24
“Milli komandada oynamaq hər bir futbolçuya şərəf gətirir. Ona görə mən də bacarığımı nümayiş etdirməyə çalışdım. Təəssüf ki, fəallığımıza baxmayaraq yekunda məğlub olduq”. Bu sözləri Makedoniya ilə beynəlxalq yoldaşlıq matçından sonra apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev deyib.
Onun fikrincə, millimiz düşən fürsətləri dəyərləndirə bilməyib: “İlk hissədə daha yaxşı oynadıq. Qol vəziyyətlərimiz rəqibdən çox oldu. Sadəcə, son nöqtəni qoya bilmədik. Ümumiyyətlə, bu, hazırda Azərbaycan futbolunun başlıca problemidir”.
Xatırladaq ki, makedoniya yığması Bakıda millimiz üzərində qələbə qazanıb - 1:0.

0
0