6 hakimə ömürlük cəza!
10.08.2011 - 23:55
FİFA bu ilin fevralında keçirilmiş 2 yoldaşlıq görüşündə söz sahibi olan hakimləri ömürlük vəzifələrindən uzaqlaşdırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu fevralın 9-da Türkiyənin Antalya şəhərində baş tutmuş Boliviya - Litva və Estoniya - Bolqarıstan oyunlarını idarə edən hakimləri cəzalandırıb.
Həmin görüşdə vurulan 7 qolun hamısının penaltidən olması FİFA-da şübhə yaratmışdı.
Araşdırmalarını davam etdirən ali futbol qurumu həmin görüşləri idarə edən 3 bosniyalı və 3 macarıstanlı hakimi ömürlük olaraq vəzifəsindən uzaqlaşdırıb.
Beləliklə, FİFA-nın ömürlük cəzasına məruz qalan hakimlər karyeralarını vaxtından öncə başa vurmalı olub.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0