Löv Foqtsun uğurunun davamını gəlməsini arzulayır
11.08.2011 - 09:15
 Löv Foqtsun uğurunun davamını gəlməsini arzulayır
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Braziliya üzərindəki qələbədən ruhlanıb. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionlarına evdə 3:2 hesabı ilə qalib gələn Bundestimin 50 yaşlı çalışdırıcısı titul arzusundadır.

“Mən çox şadam ki, heyətdə seçə bildiyim futbolçular var. Biz oyuna yaxşı sürətlə başladıq. İkinci hissədə də yaxşı kombinasiya etdik. Oyun göstərdi ki, biz çox işləməliyik. 2008 və 2010-cu illərdə gözəl çıxış etdik. Əla komandamız var, futbolçularımız yüksək səviyyəlidir. Daha bir addım atıb, titul qazanmaq lazımdır” - deyə, Löv bildirib.

Qeyd edək ki, Almaniya yığması sonuncu titulunu 15 il öncə qazanıb. Bu, 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatında qələbədir. Maraqlıdır ki, Bundestim həmin qitə çempionluğunu millimizi çalışdıran həmyerlisi Berti Foqtsun rəhbərliyi altında qazanıb.