Qalmaqalla başlayan tur sülhlə bitdi
14.08.2011 - 21:50
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son 5 oyunu eyni gündə baş tutub. Bu matçlardan üçü eyni saatda başlayıb ki, onlardan ikisinin taleyini 1 qol həll edib.
Quzanlıdakı matç daha çox maraq doğururdu. Vaxtilə ölkə çempionu olmuş “Qarabağ” və “İnter” arasında görüşün taleyini 2-ci hissədə fərqlənən Rauf Əliyev həll edib. O, komandasına mövsümdə ilk qələbəni qazandırıb.
Bahodir Nasimov isə “Neftçi”nin ilk uğurunun memarı olub. O, “Rəvan”la səfər görüşündə komandasına qələbə qazandıran qolu vurub. Böyükağa Hacıyevin rəhbərliyi altında ilk dəfə meydana çıxan bakılılar ilk dəfə ölkə çempionatı matçına şahid olan “Dalğa-Arena”dan qalib ayrılıb. Bununla, çempion olduqdan sonra 5 matçdır qələbə qazana bilməyən bakılılar bu seriyaya “dur” deməyə nail olub.
Sumqayıtda isə azarkeşlər Bernard Raabın çalışdırdığı “Sumqayıt Şəhər”in ilk ev oyununa şahid olublar. Lakin komanda “Qəbələ”yə də 1:2 hesabı ilə uduzub. Turun bəlkə də ən gözlənilməz nəticəsi Şüvəlanda qeydə alınıb. Mövsümə darmadağınla başlayan AZAL bu dəfə özü eyni aqibəti yaşayıb. Səfər qələbəsi müəyyən qədər gözlənilən olan “Xəzər Lənkəran” 3 xalı 3 cavabsız qolla əldə edib.
Daha böyük sensasiya Respublika stadionunda qeydə alınıb. “Bakı” Premyer Liqada oynayacağı son anda bilindiyindən tam hazırlıq keçə bilməyən “Simurq”un müqavimətini qıra bilməyərək, mövsümdə 2-ci qolsuz heç-heçə ilə kifayətlənib.
Beləliklə, Tovuzdakı qalmaqallı, hakimin başının yarılması ilə əlamətdar olan “Turan” – “Kəpəz” matçı (3:1) ilə başlayan tur “sülh”lə başa çatıb.
18:00. "Qarabağ" - "İnter" - 1:0
QOL: Rauf Əliyev, 52
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə stadionu
18:00. "Rəvan" - "Neftçi" - 0:1
QOL: Bahodir Nasimov, 17
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu
18:00. "Sumqayıt Şəhər" - "Qəbələ" - 1:2
QOLLAR: Orxan Əliyev, 90+3 - Luiz Hilario, 5, Daniel Lopes Kruz, 42
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
20:00. AZAL - "Xəzər Lənkəran" - 0:3
QOLLAR: Adrian Pit, 12, Emeka Opara, 60, 75
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
21:00. "Bakı" - "Simurq" - 0:0
Qoolla nəticələnməyən penalti: Denis İvanovs, 80
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bombardirlər: Ceyhun Sultanov (Gəncə), Emeka Opara (Xəzər Lənkəran) - 3

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Xəzər Lənkəran | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
| 2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Turan | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 4 | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 5 | Qarabağ | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 6 | AZAL | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 7 | İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
| 8 | Kəpəz | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
| 9 | Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
| 10 | Simurq | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
| 11 | Rəvan | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
| 12 | Sumqayıt Şəhər | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |

0
0