105 gün sonra və ya “Neftçi” dənizə nə atdı?
14.08.2011 - 21:23
105 gün sonra və ya “Neftçi” dənizə nə atdı?
Böyükağa Hacıyevin baş məşqçi postunda debütü “Neftçi” üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, bakılılar Premyer Liqanın II turunun “Rəvan”la oyununda uğirsuz seriyaya son qoyub.

Mayın 1-də AZAL-ı 3:1 məğlub edərək çempion tutulunu rəsmiləşdirən “Neftçi” həmin vaxtdan qalib gələ bilmirdi. 105 gün əvvəlki qələbədən sonra paytaxt futbolçuları çempionatın son 3 matçında “Qarabağ”a 0:3 hesabı ilə uduzmuş, “Xəzər Lənkəran” və “İnter”in hərəsin cəmi 1 xal almışdı – müvafiq olaraq 1:1 və 0:0.

Çempionlar Liqasında Xorvatiya “Dinamo”su ilə də bacarmayan ağ-qaralar 0:3 və 0:0 hesablı nəticələrindən ardından qələbəsiz oyunlar sayını 5-ə çatdırmışdı. Bundan sonra Arif Əsədovla yollarını ayıran “Neftçi” baş məşqçi postuna Hacıyevi gətirdi. Hacıyev isə debüt matçında bu seriyaya son qoyulmasının memarı oldu.

Maraqlıdır ki, bakılılar son qələbəsini dənizə yaxın Şüvəlan qəsəbəsindəki stadionda qazanmışdı. Bu dəfə isə dənizin lap qoynunda olan “Dalğa-Arena”da seriyaya son qoydu. Deyəsən, Hacıyev dəniz kənarında oynamaqdan istifadə edib uğursuzluğu Xəzərə atıb. Hər halda dəniz kənarından sonra başlayan seriya elə dəniz kənarında da başa çatıb.

VüqarXEYRULLAYEV