Mirça Rednik: “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdır
14.08.2011 - 21:29
“Komandam bu gün yaxşı komandaya qarşı yaxşı oynadı. Qalib gəldiyimiz üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Premyer Liqanın II turunun AZAL-la oyunu (3:0) haqda fikirlərini bildirib: “Bu həftə bizim üçün ağır oldu. 12 futbolçu ilə məşq edirdik. Rusiç bizə yeni qoşulub, 3 futbolçunu isə əvəzedici heyətdən cəlb etdik. Vobaya yeni müqavilə təklif etmişik, onun cavabını gözləyirik. Biz komandada məcbur şəkildə heç kimi saxlamırıq. “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdır”.
Mənbə: pfl.az

0
0