“10 gündür ki, komandanın başındayam və hər şey göz önündədir”
14.08.2011 - 21:49
“Oyuna çox ciddi hazırlaşmışdıq. “Rəvan”ın “Kəpəz”lə oyununa baxmışdım və heç də zəif komanda olmadığını gördüm. Bəhmən müəllim çox gözəl kollektiv formalaşdıra bilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Bu postda debüt edən mütəxəssis komandasının “Rəvan”la oyunu (1:0) haqda fikirlərini açıqlayıb: “Biz müdafiə oyunu oynamadıq. Açıq futbol nümayiş etdirdik. “Rəvan” da qalib gələ bilərdi. Onların da bir neçə epizodda real qol imkanları oldu. Amma biz əlimizə düşən imkandan istifadə edib qalib gəldik. Bugünkü oyunda İqor Mitreski, Rodriqinyo və Rəşad Abdullayev komandaya kömək edə bilmirdi. Onların yoxluğunda gənclərə şans verdik, şadam ki, qalib gəldik. 10 gündür ki, komandanın başındayam və hər şey göz önündədir. 20 gündən sonra siz daha yaxşı komanda görəcəksiniz”.
Məınbə: pfl.az

0
0