Vaqif Cavadov eyni qiyməti aldı
15.08.2011 - 09:07
Vaqif Cavadov eyni qiyməti aldı
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun Rusiyada 2-ci oyunu da eyni qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, “Sport-Ekspress” qəzeti 22 yaşlı hücumçunun “Volqa”nın heyətində Premyer Liqanın XX turunda Moskva “Lokomotiv”i ilə ev oyununda (0:0) çıxışına 5,5 bal verib.

Ümumiyyətlə, Cavadovun komandasında əksər futbolçular bu bala layiq görülüb və bu, ən aşağı olmayıb. Oyunun şərhində yazılıb ki, həmyerlimiz meydana çıxan kimi dərhal rəqib müdafiəçilərə əziyyət verməyə başlasa da, komandasında hələ də kəsərli zərbə vuran futbolçu yoxdur.

Vaqif bundan əvvəlki turda “Rostov”la ev oyununda da 2-ci hissədə meydana daxil olmuş və həmin qiyməti almışdı. Bu dəfə 54-cü dəqiqədə oyuna girən Cavadov yeni komandasının heyətində ilk xalını qazandı.