Rauf Əliyev qol vursun, “Qarabağ” “İnter”ə qalib gəlsin!
15.08.2011 - 09:48
“Qarabağ”ın futbolçusu Rauf Əliyev “İnter”in qəniminə çevrilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 22 yaşlı hücumçusu “bankirlər”lə ardıcıl 4-cü oyunda fərqlənir. Maraqlıdır ki, Raufun həmin görüşlərdə vurduğu qollarla ağdamlılar qalib gəlir, qapısından top da buraxmır.
Bu seriya ötən mövsümün ilk mərhələsindən başladı. “Qarabağ” “İnter”lə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən ev oyununda Əliyevin yeganə qolu ilə qələbə qazandı – 1:0.
Hücumçu bundan sonra final mərhələsində hər 2 oyunda rəqib qapısına yol tapdı. Rauf əvvəlcə “Şəfa” stadionunda “İnter”i yendikləri (2:0) səfər matçında son nöqtəni qoyur, ardından yenə Suraxanıda 1:0 hesabı ilə qalib gəldikləri görüşdə yeganə qolu vurur. O, bu dəfə “Qarabağ”ın cari mövsümə qələbə ilə başlamağına imkan verdi. Ancaq fərq ondadır ki, futbolçu bu dəfə Ağdamdakı ev oyununda öz sözünü deyir.
Göründüyü kimi, “Qarabağ”ın “İnter”lə son 3 ev oyununda 1:0 hesabı ilə qalib gəlir və qələbə topunu Rauf vurur. Bakılılar rəqibi ilə son 4 görüşdə məğlubiyyətləri sıralayır.
Ümumiyyətlə, Rauf “İnter”ə əvvəldən də qol vurmaqda ixtisaslaşıb. O, “Qarabağ”da ilk addımlarını atdığını vaxtda, 3 il öncə “İnter”lə 2:2 hesabı ilə nəticələnən kubok oyununda debüt etmişdi.
Mehman SÜLEYMANOV

0
0