3 gün sonra
15.08.2011 - 10:30
3 gün sonra
AFFA tərəfindən keçirilməsi nəzərdə tutulan UEFA-nın B kateqoriyalı məşqçi kurslarının tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, kurslar sentyabrın 9-dan 22-dək olan müddətdə keçiriləcək. Məşğələlərə almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik edəcək.

Qeyd edək ki, kursların öncə sentyabrın 6-dan 19-dək təşkil edilməsi nəzərdə tutulmuşdu.