Mahmud Qurbanov: Lazım olan anda ötürməni gecikdirirlər
15.08.2011 - 11:13
“Pis oldu ki, uduzduq. Sumqayıtda ilk oyunumuz idi. Ən azı yaxşı nəticə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik”. Bu sözləri apasport.az saytına “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Ötən mövsümü “Bakı”da keçirən, ancaq yayda bir müddət klubsuz qalan təcrübəli futbolçu çempionatın startından sonra “Sumqayıt Şəhər”lə anlaşdı. Əsasən gənclərdən qurulan Sumqayıt təmsilçisi ilk oyunda səfərdə güclü “Xəzər Lənkəran”a məğlub olmuşdu. “Qəbələ” ilə matç komandanın doğma meydandakı ilk görüşü idi.
Buna görə də “Gənclik şəhər” təmsilçisi fanatlarını sevindirmək niyyətində idi: “Heç-heçə yaxşı olardı. Nəzərə almaq lazımdır ki, heyət üzvləri gəncdirlər. Nə bacardıq etdik, oyundan oyuna artıracağıq”.
Yeni komandasında ilk oyununa çıxan Qurbanov gələcəkdə daha yaxşı təsir bağışlayacaqlarına inandığını qeyd edib: “90 dəqiqə meydanda oldum. Komandada hələ yeniyəm. Necə təsir bağışladığımı deyə bilmərəm. Əlimizdən gələni etdik”.
Gənclərlə anlaşmanın həm çətin, həm də asan olduğunu deyən 38 yaşlı futbolçu səbəbini belə izah edib: “Gənclərlə anlaşmaq həm çətin, həm də asandır. Ona görə çətindir ki, təcrübəsizdir. Lazım olan anda ötürməni gecikdirirlər. Onların futbola öz baxışları var. Ancaq fiziki cəhətdən yaxşı formadadırlar. Bu baxımdan onlarla oynamaq asandır”.

0
0