AFFA Elvin Məmmədovu Türkiyəyə göndərdi
15.08.2011 - 11:37
AFFA Elvin Məmmədovu Türkiyəyə göndərdi
Makedoniya ilə yoldaşlıq oyununda zədələn millimizin yarımmüdafiəçisi Elvin Məmmədov müalicəsini ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, futbolçu artıq AFFA tərəfindən Türkiyənin İstanbul şəhərinə göndərilib.

Görüşün 28-ci dəqiqədə zədələnərək, əvəzlənən Elvini qonşu ölkədə yerli həkimlər tərəfindən müalicə olunur.

Qeyd edək ki, avqustun 10-da AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilmiş qarşılaşmada makedoniyalılar 1:0 hesabı ilə qələbə qazanmışdılar.