Cəmi 3 dəfə, biri “Xəzər Lənkəran”dan
15.08.2011 - 11:54
AZAL tarixində 3-cü dəfə öz meydanında böyük məğlubiyyətini aldı. Apasport.az saytının məlumatına görə, 2005-ci ildən milli çempionatın iştirakçısı olan “təyyarəçilər” doğma divarlar arasında nadir hallarda böyük hesabla uduzur.
Sonuncu belə məğlubiyyət Premyer Liqanın ötən turunda “Xəzər Lənkəran”la Şüvəlan qəsəbəsindəki görüşdə rəsmiləşdi - 0:3. Bu, ilk turdan sonra lider olan AZAL-ın cari mövsümdə, 1 aydır baş məşqçisi olan Elxan Abdullayevin komandada ilk məğlubiyyəti kimi tarixə düşdü. “Təyyərəçilər” 4 aydır istifadə etdiyi Şüvəlan qəsəbəsində öz stadionunda bunadək böyük hesabla uduzmamışdı.
Milli çempionatda “Olimpik”, “Olimpik-Şüvəlan” adları altında çıxış edən komanda uzun illər etibarlı müdafiəsi ilə seçildi. Təsadüfü deyil ki, komanda uduzanda əksər vaxt 0:1 hesabı ilə yenilirdi. “Olimpik” 1 il çempionatımızda məğlubiyyətsiz seriyası ilə diqqət çəkdi ki, onun bu seriyasına həmin mövsüm (2007/08) çempionluq uğrunda mübarizədə uduzduğu “İnter” son qoydu – 0:2.
“Təyyarəçilər”in tarixində ilk böyük hesablı məğlubiyyət həm də ən ağırıdır. Onda serbiyalı Peter Kurçubiçin çalışdırdığı komanda milli çempionatımızın son turunda “Karvan”dan 5 cavabsız qol buraxdı. Yunis Hüseynovun baş məşqçisi olduğu Yevlax klubu son tura kimi çempionluq uğrunda mübarizədə “Bakı”ya uduzdu və acığını “Olimpik”dən çıxdı.
Bakılılar 2-ci böyük hesablı ev məğlubiyyətini də uzun illər ev oyunlarını keçirdiyi “Şəfa” stadionunda aldı. Həmin vaxt “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayev idi və “altılığ”a düşmək uğrunda rəqiblərindən olan “Simurq”a gözlənilmədən 0:3 hesabı ilə uduzdu.
Nəhayət, sonda Mirça Rednikin baş məşqçisi olduğu “Xəzər Lənkəran” “təyyarəçilər"ə böyük hesabla qalib gəldi. Bu dəfə komanda AZAL adlanır və göründüyü kimi, hər 3 böyük hesablı məğlubiyyət fərqli adlarla olub. Komanda hər 3 adı ilə bu uğursuz nəticəni yaşayıb.
Adətən avrokubok oyunlarında böyük hesablı məğlubiyyət daha real olsa da, “təyyarəçilər” nəinki evdə, səfərdə də belə uduzmayıb. Komandanın həm 2008-ci ildə UEFA kubokunda “Voyvodina” (Serbiya), bundan 3 il sonra Avroliqada “Minsk” (Belarus) ilə öz meydanındakı görüşü 1:1 hesabı ilə nəticələnib.
AZAL-ın evdə böyük hesablı məğlubiyyətləri
2005/06 mövsümü
30 may
“Olimpik” – “Karvan” – 0:5
Bakı. “Şəfa” stadionu
2009/10 mövsümü
8 noyabr
“Olimpik-Şüvəlan” – “Simurq” – 0:3
Bakı. “Şəfa” stadionu
2011/12 mövsümü
14 avqust
AZAL – “Xəzər Lənkəran” – 0:3
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Mehman SÜLEYMANOV

0
0