“Xəzər Lənkəran”a dönmək istəyirəm, amma baş məşqçi kimi”
15.08.2011 - 12:05
“Xəzər Lənkəran”a dönmək istəyirəm, amma baş məşqçi kimi”
“Azərbaycanda 3 klubun formasını geyinmişəm. “Xəzər Lənkəran”da özümü “İnter” və “Simurq”da olduğundan daha rahat hiss etmişəm. Eyni zamanda, titullarım da Lənkəran klubu ilə bağlıdır. Orada həqiqətən də yaxşı oynayırdım". Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Mario Souza deyib.

Hazırda vətənində olan braziliyalı futbolçu bildirib ki, növbəti dəfə cənub təmsilçinin sıralarına qoşulacağı günü gözləyir: "Xəzər Lənkəran" böyük iddiaları olan klubdur. Burada rəhbərlik futbolu sevir və bu idman növünün inkişafına önəm verir. Mən yenidən bu klubda olmaq istəyirəm. "Xəzər Lənkəran"a dönmək istəyirəm, amma baş məşqçi kimi. Bunun reallaşacağına ümidvaram".

Qeyd edək ki, Mario Souza "Xəzər Lənkəran"ın ən uğurlu legionerlərindən olub. O, "Birlik Kuboku"nu qazanan heyətdə də yer alıb.