“Sumqayıt Şəhər” – “İnter” matçı təxirə düşdü
15.08.2011 - 12:13
Premyer Liqanın IV turu çərçivəsində keçirilməli olan "Sumqayıt Şəhər" - "İnter" oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar "Sumqayıt Şəhər" rəhbərliyi PFL-ə müraciət ünvanlayıb.
Müraciətdə Sumqayıt təmsilçisinin 6 üzvünün U-21 Azərbaycan milli komandasının heyətində Avropa çempionatının seçmə mərhələsindəki oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olacaqlarını və klubun 7 üzvünün isə U-17 Azərbaycan milli komandasının heyətində Litvada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəyi nəzərə alınaraq, bu görüşün vaxtının dəyişdirilməsi xahiş olunub.
Bütün bunları nəzərə alan PFL oyunun 27 avqust 2011-ci il tarixindən başqa tarixə keçirilməsinı haqda qərar verib.

0
0