Kristof Daum xərçəng xəstəsi imiş
15.08.2011 - 12:20
Kristof Daum xərçəng xəstəsi imiş
“Bununla bağlı şərh vermək çox çətindir. Çünki bu xəbəri aldıqdan sonra ən ağır günlərimi yaşayıram və demək olar ki, dünya başıma fırlanır”. Apasport.az saytının məlumatına görə, bunu tanınmış almaniyalı mütəxəssis Kristof Daum deyib.

Ötən mövsüm “Ayntraxt” klubunu çalışdıran və komandanın aşağı diviziona düşməsi səbəbindən hazırda işsiz olan Daum xərçəng xəstəliyinə tutulub. Lakin artıq “Fənərbaxça” və “Beşiktaş” klublarını da çalışdırmış 57 yaşlı mütəxəssisin həyatında ciddi qorxu yoxdur.

O bildirib ki, artıq səhhəti normaldır: “Bir-birə belə pis xəbərlə qarşılaşdım. Amma testlərin son nəticələrini bilmirdim. Ardınca cərrahiyyə əməliyyatlarına məruz qaldım. Sonda isə həkimlər bildirilər ki, müalicənin nəticəsinə əsasən həyatımda ciddi problem qalmayıb. Artıq hər şey qaydasına düşüb”.