Əsgər Abdullayev: Səni axtarıram!
15.08.2011 - 12:38
“Komandamızda problemlər qalmaqdadır. “Turan” hələ də öz oyununu tapa bilməyib. Amma II turdakı qələbə bizə çox kömək etdi. Futbolçular üzərindən təzyiq götürüldü. İnanıram ki, komanda gündən-günə daha da komplektləşəcək və biz qələbələr qazanacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Tovuz təmsilçisi Premyer Liqanın II turu çərçivəsində öz meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğratdı. Bu görüşdə "Turan"ın heyətində 3 yeni futbolçu - Göksu Hasancik, Zura Dzamsaşvili və Rudison Ferreyra debüt etdilər.
Tovuz klubu bununla da transfer çalışmalarına böyük ölçüdə yekun vursa da, Əsgər Abdullayev hələ də hücumçu axtarışındadır: "Demək olar ki, transfer işlərinə son qoymuşuq. Amma mənə daha bir hücumçu lazımdır. Düzdür, əlimizdə yaxşı ön xətt oyunçuları var. Lakin çempionat yeni başlayıb və uzun marafonda hər şey ola bilər. Odur ki, biz işimizi möhkəm qurmalıyıq. Əlbəttə ki, öz sistemimə uyğun hücumçu axtarıram. Onu hələ bir müddət də axtarmağa davam edəcəyəm. Əgər belə bir futbolçu önümə çıxarsa, onu komandaya cəlb etməyə çalışacağam".
Abdullayev cari mövsümdə "Turan"ın tamam başqa futbol sərgiləyəcəyini bildirib: "Bizim istəyimiz tamam başqa "Turan" təqdim etməkdir. Həmin komanda mübariz və sərt futbol oynamağı bacarmalıdır. Komandanı istənilən səviyyəyə gətirmək üçün əlimdən gələni edirəm. Çempionat təzə başladığından komandada fiziki hazırlıq baxımından müəyyən problemlər mövcuddur. Bunu da tez aradan qaldıracağam".
Qeyd edək ki, I turda "İnter"ə uduzub, ikinci görüşdə "Kəpəz"i məğlubiyyətə uğradan qərb klubu Lənkəran səfərinə hazırlaşır.

0
0