Elnur Allahverdiyev: Baş verənlər oyunumuza mənfi təsir göstərir
15.08.2011 - 13:02
“Böyük hesablı qələbə qazansaq da, çətin qarşılaşma oldu. AZAL-la hörmətlə yanaşdığımızdan, oyuna ciddi hazırlaşmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.
Premyer Liqanın II turunda səfərdə AZAL-la qarşılaşan “ağ-yaşıllar” rəqibini darmadağın etdilər. Belə ki, Şüvəlanda baş tutan oyunda rəqib qapısından 3 cavabsız top keçirən Mirça Rednikin yetirmələri ardıcıl ikinci qələbəsinə sevindi. Nəticənin ədalətli olduğunu söyləyən müdafiəçi bir neçə epizodda düzgün oynaya bilmədiklərini də vurğulayıb: “Fikrimcə, nəticə oyuna görə idi. Komandamız ən yaxşı oyunlarından birini nümayiş etdirdi”.
Avroliqada “Makkabi”yə uduzduqdan sonra klub ətrafında bir sıra hadisələr baş verdi. Əvvəlcə, bütün legionerlərin göndərildiyi xəbəri yayıldı. Ardından komandanın aparıcı yerli futbolçularının transferə çıxarıldığı da bildirildi. Təbii ki, bütün bunlar futbolçulara təsirsiz ötüşməyə bilməzdi.
Lakin Allahverdiyev bütün bu olanların fonunda komandaya bağlılıqlarını oyunları ilə sübut etdiklərini vurğulayıb: “Əlbəttə, baş verənlər oyunumuza mənfi təsir göstərir. Ancaq bu da faktdır ki, Rednikin öz oyun üsulu var. Artıq onun bizdən nə istədiyini yaxşı başa düşürük. Həm də sübut etdik ki, problemlər olsa da, biz döyüşdük”.

0
0