“Bakı”dan futbolçulara qadağa: Müsahibə vermək olmaz!
15.08.2011 - 13:11
“Bakı”dan futbolçulara qadağa: Müsahibə vermək olmaz!
Mövsümlərarası fasilədə heyətini gücləndirən “Bakı”nın çempionatda işi heç də yaxşı getmir. Apasport.az saytının xəbərinə görə, ilk turda “Qəbələ” ilə qolsuz heç-heçə edən paytaxt təmsilçisi dünən öz meydanında “Simurq”la xalları yarı böldü.

Bu azmış kimi, Aleksandr Starkovun yetirmələri 2 oyunda rəqib qapısına qol vura bilməyib. Təbii ki, bu uğursuz çıxış klub rəhbərliyini narahat etməyə bilməz. Bunun nəticəsidir ki, artıq futbolçulara mətbuatla ünsiyyətə qadağa qoyulub. Belə ki, “Simurq”la matçdan sonra rəhbərlik bununla bağlı futbolçulara xüsusi tapşırıq verib.