1 gün UEFA-nın qərargahında - FOTOSESSİYA
15.08.2011 - 13:19
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması avqustun 6-dan 13-dək İsveçrənin Cenevrə şəhərində təlim-məşq toplanışında olub. Apasport.az saytının məlumatına görə, avqustun 12-də yığmamız “Kolovre” stadionunda İsveçrənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşmanı UEFA-nın baş katibi Gianni İnfantino, UEFA İcrayyə Komitəsinin üzvü, UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund, AFFA-nın baş katibi Elxan Məmmədov və İsvecrə Futbol Federasiyasının baş katibi Aleks Mişer də izləyib.
Oyundan sonra yığmamız UEFA-nın mənzil-qərargahına dəvət olunub. Avropa futbol qurumunun inzibati binası ilə tanış olan komandamızın üzvləri UEFA-nın baş katibi Gianni İnfantino ilə görüşüb, ona xatirə hədiyyəsi təqdim ediblər. Tədbirin sonunda yığmamızın şərəfinə şam yeməyi təşkil olunub.

0
0