“Kəpəz” üçün həyəcan təbili
15.08.2011 - 14:14
“Kəpəz” üçün həyəcan təbili
“Mövsümlərarası fasilədə heyətə cəlb edilən futbolçular haqda nəsə demək istəmirəm. Bu haqda məşqçilər korpusu danışa bilər”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Premyer Liqanın cari mövsümünə qələbə ilə başlayan Gəncə təmsilçisi II turda məğlubiyyətlə üzləşdi. Qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyulan komanda Tovuzda 1:3 hesabı ilə uduzdu.

İlk “altılıq” yolunda işlərinin çətin olacağını etiraf edən Sultanovun fikrincə, komandanın güclənməsinə ehtiyac var: “Belə oyunla ilk “altılığ”a düşmək çətin olacaq. Yaxşı futbolçular transfer edilməlidir. Xüsusilə, müdafiə xətti, eləcə də yarımmüdafiənin sağ və sol cinahları gücləndirilməlidir. Bu, mənim fikrimdir. Əlbəttə, baş məşqçinin öz planı, məqsədi var”.