Premyer Liqada rəqib, MLS-də komanda yoldaşı
15.08.2011 - 16:27
İrlandiya yığmasının kapitanı Robbi Kin Devid Bekhemin yanına yollanıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu MLS-də “transfer pəncərəsi”nin bağlanması ərəfəsində “Los-Anceles Qalaksi” klubu ilə müqavilə bağlayıb. O, növbəti 2 ildə ABŞ klubunun şərəfini qoruyacaq.
“Los-Anceles Qalaksi” “Tottenhem”in futbolçusunu rənglərinə bağlamaq üçün 3 milyon funt sterlinqindən keçib. Kin isə yeni klubunda 2 ilinə 6 milyon funt sterlinq qazanacaq. Bununla da Robbi komandasında Devid Bekhem və Lendon Donovandan sonra ən çox pul alan futbolçu olub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Bekhem “Mançester Yunayted”də oynayarkən dəfələrlə Kinə rəqib olmuşdu.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0