Arda “Atletiko”da ilk məşqinə çıxdı
15.08.2011 - 17:19
“Qalatasaray” klubundan 12 milyon avroya alınan Türkiyə millisinin futbolçusu Arda Turan İspaniya “Atletiko”sunun heyətində ilk məşqə çıxıb. Lent.az-ın məlumatına görə, “Atletiko”nun məşqlərini keçirdiyi “Syudad Deportiva de Majadahonda” bazasına erkən saatlarda gələn Arda “qara-qırmızılar”ın önəmli oyunçularından olan Xose Antonio Reyeslə birgə qaçaraq meydançaya çıxıb.
Lakin zədəsi sağalmadığından, 24 yaşlı yarımmüdafiəçi topla hərəkətlərə qatılmayıb. O, komanda yoldaşı Alvaro Domingeslə birgə fiziki hazırlıq üzrə məşqçi Esteban Arevelonun rəhbərliyi altında çalışıb. Hər iki futbolçu əzələ gücləndirici hərəkətlər etdikdən sonra qısa müddətli qaçışla məşqi tamamlayıb.
Qeyd edək ki, “Atletiko”nun məşqinə Türkiyə və İspaniya mətbuatı böyük maraq göstərib.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0