Bülənt Korkmaz: Bakının mərkəzində 3 otaqlı evdə qalırdım
15.08.2011 - 23:08
Türkiyə yığmasının və "Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz Azərbaycan həyatını növbəti dəfə yada salıb. Apasport.az saytının məlumatına görə, Korkmaz "Bakı"nın baş məşqçisi olduğu vaxtları xatırlayıb.
"Həmin vaxt ailəm mənimlə deyildi. Qızım Türkiyədə təhsil aldığına görə, həyat yoldaşımı da Azərbaycana aparmamışdım. Lakin bunun üçün hər cür şəraitim vardı. Mən Bakının mərkəzində 3 böyük otağı və 1 zalı olan evdə yaşayırdım. Evim həmişə təmiz və səliqəli olurdu" – deyə, Korkmaz bildirib.
Qeyd edək ki, türk məşqçinin "Bakı" klubundakı fəaliyyəti alınmayıb. Onun "zolaqlılar"ın baş məşqçisi kimi fəaliyyəti çox qısa zamanı əhatə edib. Korkmaz Azərbaycandan getdikdən sonra hələ də baş məşqçi kimi çalışmayıb.

0
0