Bakıda qol vurdu, “Şalke”yə keçir
16.08.2011 - 08:54
Makedoniya yığmasının kapitanı Qoran Pandev karyerasını Almaniyada davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”inin 28 yaşlı hücumçusu “Şalke”yə keçir. Milan klubun rəhbərliyi Pandevi satmağa hazırdır. Onlar bunu Qoranın komandanın hücum xəttindəki liderləri ilə rəqabətlə davam gətirməməyi ilə əsaslandırırlar.
Qeyd edək ki, Pandev son oyununu yığmasının heyətində Bakıda keçirib. O, avqustun 10-da milli komandamızla Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilən yoldaşlıq görüşündə (1:0) yeganə qolun müəllifi olub.

0
0