Prezident Cavadovun mövqeyinə yuxuda futbolçu axtarır
16.08.2011 - 09:13
Prezident Cavadovun mövqeyinə yuxuda futbolçu axtarır
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubu hücumçu problemini həll etməyə çalışır. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı olan Nijni-Novqorod təmsilçisi hücumçu axtarışını davam etdirir. Klubun prezidenti Aleksey Qoyxmanın sözlərinə görə, bu problemi yoluna qoymağı bir dəqiqə belə yadından çıxartmır: “Mən yuxudan duranda, uzanıb yatanda bu problem haqda düşünürəm. Bu 2 həftədə Nijni-Novqoroda kim gəlməyə bilməzdi. “Hapoel”in hücumçusu Smolyareki ala da bilmədik. Onu qətərlilər ələ keçirdi. Artıq almağa hazır idik, ancaq alınmadı. Buna görə də hücumçu axtarırıq!”.

Qeyd edək ki, “Volqa”nın heyətində sonradan 2 dəfə meydana çıxan Vaqifi gürcü hücumçusu Otar Martsvaladze “Krasnodar”a keçidindən sonra onun yerinə aldı. Ancaq sonradan məlum oldu ki, 22 yaşlı hücumçumuz yarımmüdafiənin sol cinahında boşluq olduğundan, həmin mövqedə çıxış etməlidir.