UEFA Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı qərar verdi
16.08.2011 - 15:36
UEFA Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı qərar verdi
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla sentyabrın 6-da keçiriləcək rəsmi oyununun yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, saat 20:00-da başlayacaq görüşün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi dəqiqləşib. Artıq UEFA-nın rəsmi saytı oyunun mərkəzi arenamızda olacağını göstərib.

AFFA Lənkəranda keçirməyi planlaşdırdığı oyunla bağlı meydança amilindən əziyyət çəkdi. Lənkərana səfər edən Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssisləri ot örtüyünün vəziyyəti ilə tanış olaraq, bunun qazaxlarla görüşə qədər lazımi səviyyəyə çatdırılmasının mümkün olmamağı barədə rəy veriblər. Rəyi nəzərə alan AFFA rəhbərliyi Azərbaycan – Qazaxıstan oyununun Respublika stadionunda təşkil olunması ilə bağlı UEFA-ya müraciətinə müsbət cavab aldı.

Qeyd edək ki, Azərbaycan bundan 4 gün öncə Belçikanı mərkəzi arenamızda qəbul edəcək, oktyabrda son ev oyunu olan Avstriya ilə görüşü isə Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirəcək.