“İstəməzdik ki, “Rəvan” başsız qalsın”
16.08.2011 - 16:56
“İstəməzdik ki, “Rəvan” başsız qalsın”
“Bəhmən Həsənov çox gözəl komanda formalaşdırıb. Onlar sonadək mübarizə aparırlar”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

Ötən tur ilk xalını qazanan Zaqatala təmsilçisinin düşərgəsində əhval-ruhiyyənin yüksək olduğunu söyləyən komanda rəsmisi avqustun 19-da “Rəvan”la oyunda doğma meydanda ilk qələbələrini qazanmaq istədiklərini deyib. Əliyev, həmçinin debütantın baş məşqçisi Bəhmən Həsənovun mətbuata “Simurq”la oyunda uğursuzluq olsa, istefa verəcəm” açıqlamasına da münasibət bildirib: “İstəməzdik ki, Bəhmən müəllim istefa versin. Amma biz qalib gələcəyik”.

Əliyevin sözlərinə görə, “Rəvan”la qarşılaşmada 1 futbolçuları oynamayacaq: “Müdafiəçimiz Aleksandr Şemonayev ilk turda AZAL ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalıdır və “Rəvan”la oyunda oynamayacaq”.

Qeyd edək ki, “Simurq” – “Rəvan” görüşü saat 20:00-da başlayacaq.
Mənbə: pfl.az