Bahodir Nasimov Özbəkistana qayıdır
17.08.2011 - 11:47
“Neftçi”nin futbolçusu Bahodir Nasimov yenidən Özbəkistan milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ilk turunda “Rəvan”ın qapısından qələbə topunu keçirən hücumçu DÇ-2014-ün seçmə mərhələsinin Suriya və Yaponiya yığmaları ilə keçiriləcək qarşılaşmalarda iştirak edəcək. Özbəklər sentyabrın 2-də səfərdə Suriya, 6-da isə "ev"də Yaponiya milli komandası ilə görüşəcəklər.
Qeyd edək ki, Özbəkistan yığması seçmə mərhələnin bundan əvvəlki mərhələsində Qırğızıstan milli komandasını 4:0 və 3:0 hesabları ilə məğlub etmişdi. Hücumçu Bişkekdə baş tutan cavab görüşündə (3:0) 2 qol vuraraq, komandasına qələbə qazandırmışdı.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0