“Neftçi” üçün şad xəbər
17.08.2011 - 23:03
Premyer Liqanın II turunda “Rəvan”a qarşı keçirilən görüşdə zədələnən Flavinyonun son durumu məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin zədəsi ciddi deyil.
“Dalğa Arena”da keçirilən görüşdə əlindən zədə alan və gipsə qoyulan futbolçu bir günlük istirahətdən sonra yenidən məşqlərə qoşulub. 28 yaşlı pleymeyker son dünənki məşqlərin hər ikisində iştirak edib.
Flavinyo qayıtsa belə, “Neftçi” hələ də tam heyətlə hazırlıq keçə bilmir. Belə ki, əvəzedicilərlə yoxlama oyununda xəsarət alan belçikalı hücumçu Emil Mpenza məşqlərə qatılmır.
Fərdi hazırlıq da keçməyən hücumçunun növbəti turda “Sumqayıt Şəhər”ə qarşı keçiriləcək ev oyununda iştirak etməyəcəyi dəqiqdir.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0