Pike: Mourinyo İspaniya futbolunu dağıdır
18.08.2011 - 10:49
“Barselona”nın futbolçusu Herard Pike “Real”ın baş məşqçisi Joze Mourinyonu yıxıb-sürüyüb. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının da üzvü olan müdafiəçi Madrid klubunun portuqaliyalı çalışdırıcısını kəskin tənqid edib.
Mourinyo “Barsa”ya uduzduqları İspaniya Superkubokunun cavab oyununun (2:3) sonunda rəqib komandanın məşqçisi Titi Vilanovanın gözünə zərbə vuraraq, xətər yetirib.
Bunu yolverilməz hal hesab edən Pike Mourinyonun İspaniyada işləməyini düzgün saymır: “Mourinyo İspaniya futbolunu dağıdır, ona ziyan vurur. Kataloniyalıları tez-tez quldurlar adlandırırlar. Bizi təmiz oynamamaqda ittiham edirlər. Ancaq baxın, “Real”ın düşərgəsində nələr baş verir. Bu, nəsə anlaşılmazdır və ilk belə insident deyil. Dava-dalaş artıq ilk çirkin hal deyil. Bütün bunlara son qoymaq və tədbirlər görmək lazımdır”.

0
0