Dejan Rusiç “Xəzər Lənkəran”ın tarixinə düşdü
18.08.2011 - 12:08
Azərbaycan Premyer Liqasının II turu daha bir futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sloveniyalı hücumçu Dejan Rusiç karyerasında ilk dəfə Lənkəran təmsilçisinin formasında meydana çıxıb.
AZAL-la səfər oyununun (3:0) son 9 dəqiqəsində iştirak edən Dejan “Xəzər Lənkəran”ın tarixinə 132-ci futbolçu kimi düşüb.
Rusiç cari mövsüm cənub təmsilçisində debüt edən 6-cı futbolçu olub. Belə ki, Təl-Əviv “Makkabi”si ilə Avroliqa oyunlarında rumıniyalı baş məşqçi Mirça Rednik Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa debüt imkanı vermişdi.
Bu matçadək “Xəzər Lənkəran”ın şərəfini qorumuş 131 oyunçudan 52-si yerli, 79-u əcnəbi idi. Bu siyahıda 80-ci legioner olan Rusiç Lənkəran klubunun tarixində ilk sloveniyalı kimi düşüb. Belə ki, Dejana qədər komandada oynamış əcnəbilərin təmsil etdiyi 28 ölkə arasında Sloveniya yox idi. O, lənkəranlılara futbolçu verən 29-cu ölkə oldu.
“Xəzər Lənkəran”ın forması geyinən legionerlər ölkələr üzrə: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.

0
0