Superkubokda rekord, “El Klassiko”da hegemonluq
18.08.2011 - 15:53
Superkubokda rekord, “El Klassiko”da hegemonluq
“Barselona” əzəli rəqibi olan Madrid “Real”ının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi “Kral klubu” kimi ardıcıl 3 dəfə İspaniya Superkubokuna sahib çıxıb.

Madridlilərin bu uğuru 80-ci illərin sonuna (1988, 89 və 90-cı illərdə) təsadüf edib. “Barsa” 10-cu Superkubokunu ilk dəfə turnirdə “Real”a qalib gəlməklə qazanıb. Sonuncular 8 dəfə sahib çıxdığı bu titula əzəli rəqibinin hegemonluğundan – 2008-ci ildən bu yana həsrət qalıb.

“Real” “Barsa”ya bunadək Superkubokda hər 4 dəfə - 1988, 1990, 1993 və 1997-ci illərdə qalib gəlmişdi. 14 ildən sonra revanş alan Kataloniya təmsilçisi yeni mövsümdə ilk titulunu qazandı.

3 günə keçirilən Superkubokda 2 oyunda 3 qol vuran Lionel Messi də adını tarixə yazdırıb.

Belə ki, argentinalı ulduz “El Klassiko”da ən çox qol vuran futbolçu oldu. 24 yaşlı Messi 12 qolla bombardirlər yarışında liderliyə yüksəlməklə, əfsanəvi Raul Qonsalesin daha bir rekordunu qırdı.

Raul uzun illər kapitanı olduğu “Real”ın heyətində İspaniya Superkubokunda ən çox qol vuran (7) futbolçu idi.

Messi 8 qolla Qonsalesin də rekordunu yenilədi. O, “El Klassiko”da daha çox fərqlənməklə, Raulun daha bir hegemonluğuna son qoydu.