Əyalətdə heç-heçə - YENİLƏNİB
19.08.2011 - 20:55
Əyalətdə heç-heçə - YENİLƏNİB
Bu gün keçirilən 2 oyunla Premyer Liqanın III turuna start verilib. Apasport.az saytının məlumatına görə, əyalətdə baş tutan bu oyunlarda qalib müəyyənləşməyib.

Qəbələnin eyniadlı komandası doğma meydanda AZAL-la üz-üzə gəlib. 2 oyundan 4 xal toplayan meydan sahibləri bu görüşün favoriti hesab olunurdular. Komandanın cari mövsümdə qarşısına ciddi hədəflər qoyulduğunu nəzərə alsaq, “Qəbələ”nin meydana qələbə üçün çıxacağını söyləmək olardı.

Lakin qarşılaşma "Qəbələ" üçün heç də yaxşı başlamayıb. Matçın 11-ci dəqiqəsində komandanın kapitanı Mahir Şükürov rəqib oyunçuya bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub. Azlıqda qalan "Qəbələ" ilk hissənin sonlarında qapısında qol görüb.

Lakin Toni Adamsın komandası ikinci hissənin əvvəlində hesaba tarazlıq gətirib. Bundan sonra oyunda qol olmayıb. Daha doğrusu, matçda AZAL 84-cü dəqiqədə fərqlənsə də, hakim qərarını dəyişərək qolu qeydə almayıb və görüş 1:1 hesabı ilə başa çatıb.

Günün digər matçında “Simurq” Zaqatalada “Rəvan”ı qəbul edib. Bir məğlubiyyət və bir heç-heçə ilə aktivində 1 xal olan meydan sahibləri görüşə olduqca ciddi hazırlaşmışdılar. Ötən həftə paytaxtda “Bakı” ilə bərabərə qalaraq, turun sensasiyasına imza atan zaqatalalılar “Rəvan”ı məğlub etməklə ilk qələbələrini qazanmaq niyyətində idi.

Lakin Sergey Yuranın komandası bu vəzifənin öhdəsindən gələ bilməyib. Matçın 82-ci dəqiqəsində hesabda önə keçən Zaqatala təmsilçisi bu üstünlüyünü sonadək qoruya bilməyib. "Rəvan" oyuna əlavə edilmiş 3-cü dəqiqədə bərabərlik qolunu vurmağa nail olub - 1:1.

19 avqust

“Qəbələ” - AZAL - 1:1
QIRMIZI VƏRƏQƏ: Mahir Şükürov, 11
QOLLAR: Deon Barton, 50 - Viktor İqbekoyi, 43
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

11-ci dəqiqədə “Qəbələ”nin kapitanı Mahir Şükürov AZAL-ın hücumçusu Zohair Benouahini arxadan başla vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

82-ci dəqiqədə mübahisəli vəziyyət üzündən oyunda xeyli fasilə yaranır. AZAL-ın hücumusu Kristian Ruis Maradona sayağı əllə topu qapıda keçirir. Qol əvvəlcə hesaba alınsa da, sonradan baş hakim yan xətdəki köməkçisi ilə məsləhətləşdikdən sonra onu qeydə almır. Azarkeşlər qolun sayılmağına etiraz əlaməti olaraq meydançaya kənar əşyalar atırlar. Bunu dayandırmaq üçün qəbələli futbolçularla yanaşı, hətta baş məşqçisi Toni Adams meydana daxil olaraq, onlara müraciət edir.


“Simurq” – “Rəvan” - 1:1
QOLLAR: Elçin Xəlilov, 82 - Ramazan Abbasov, 90+3
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

20 avqust

19:30. “Xəzər Lənkəran” – “Turan”
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

21:00. “İnter” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu.

21 avqust

17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov
Gəncə. Şəhər stadionu.

21:00. “Neftçi” – “Sumqayıt Şəhər”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Turnir cədvəli

1 Xəzər Lənkəran 2 2 0 0 5-1 6
2 Qəbələ 3 1 2 0 2-1 5
3 AZAL 3 1 1 1 4-4 4
4 Turan 2 1 0 1 3-2 3
5 Neftçi 1 1 0 0 1-0 3
6 Qarabağ 1 1 0 0 1-0 3
7 İnter 2 1 0 1 1-1 3
8 Kəpəz 2 1 0 1 4-5 3
9 Bakı 2 0 2 0 0-0 2
10 Simurq 3 0 2 1 1-4 2
11 Rəvan 3 0 1 2 3-5 1
12 Sumqayıt Şəhər 2 0 0 2 2-4 0

Bombardirlər: Ceyhun Sultanov (Gəncə), Emeka Opara (Xəzər Lənkəran) - 3