Avroliqanin qalibi və bombardiri Arda Turanla bir komandada
19.08.2011 - 10:20
Ötən mövsüm “Portu”nun heyətində Avroliqanın qalibi və bombardiri olan Falkao karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, portuqaliyalılar Kolumbiya yığmasının 26 yaşlı hücumçusunu Madrid “Atletiko”suna satdığını rəsmən açıqlayıb. Keçid 40 milyon avro təşkil edib. 5 illik müqavilə bağlayan Falkao yaxın günlərdə tibbi müayinədən keçəcək.
Hücumçu 2009-cu ildən şərəfini qoruduğu “Portu”nun heyətində ölkə çempionatında 50 oyunda 41 qol vurub. O, ötən mövsüm 18 qolla Avroliqanın bombardiri olub. Falkao Portuqaliya təmsilçisinin heyətində Avroliqa ilə yanaşı, ölkə çempionluğu, 2 ölkə kuboku və 3 Superkubok qazanıb.
Qeyd edək ki, “Atletiko”nun bunadək son transferi də yığma futbolçusu - “Qalatasaray”dan aldığı yarımmüdafiəçi Arda Turan olub.

- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
0
0